Korlar üçün “ağıllı” kəmər təqdim edilib

Korlar üçün “ağıllı” kəmər təqdim edilib backend

Honq-Konqun “AI Guided” startapı görmə qabiliyyəti zəif olanlar üçün GUIDi adlı ağıllı kəmər təqdim edib.

Qaziler.az xəbər verir ki, yenilik haqda məlumat “Ferra” portalında yayımlanıb. Bildirilib ki, kəmər insanlara təhlükəsiz hərəkət etməyə və yollarında maneələrdən uzaqlaşmağa imkan verəcək.

GUIDi ağıllı kəmər iki hissədən ibarətdir: ön və arxa. Ön tərəfdə hər biri 8 meqapiksel ayırdetmə qabiliyyətinə malik iki kamera var və bu kameralar ətrafı 5 metrə qədər radiusda skan edir. Arxa tərəfdə mikroprosessor və elektronika bloku, həmçinin maneələr aşkar edildikdə istifadəçini xəbərdar edən vibrasiya mühərriki var.

Kəmər real vaxt rejimində kameralardan gələn videoları təhlil etmək üçün süni intellektdən istifadə edən xüsusi proqram təminatı ilə işləyir. O, statik obyektləri tanıya və səssiz vibrasiya ilə istifadəçini onlar haqqında xəbərdar edə bilir.

Bundan əlavə, istifadəçi təyinat nöqtəsini müəyyən etmək üçün mobil proqramdan istifadə edə və müəyyən marşrut üzrə naviqasiya etmək üçün GPS-dən istifadə edə bilər. GUIDi-nin şarjı 10 saat istifadə edilə bilər.

GUIDi 2024-cü ilin əvvəlində 10,1 min Honq Konq dollara satışa çıxarılacaq.

QAZİLER.AZ

Diaspora