Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Marsın yeni şəkillərini yayımlayıb.
Qaziler.az bu barədə UNİAN-a istinadla xəbər verir.
Onlar “Thermal Emission Imaging System” (THEMIS) kamerasından istifadə edərək “Odyssey” orbitatoru tərəfindən çəkilib.
10 şəkil Marsın səthindən təxminən 400 km yüksəklikdən çəkilib və agentliyin dediyinə görə, bu, Beynəlxalq Kosmik Stansiyanın Yer üzərində uçduğu hündürlüklə eynidir.
QAZİLER.AZ