“Volkswagen” Çinlə rəqabətdə ən ucuz elektrik avtomobilləri hazırlayır

“Volkswagen” Çinlə rəqabətdə ən ucuz elektrik avtomobilləri hazırlayır backend

“Volkswagen” Çinlə rəqabət aparmaq üçün ultra ucuz elektrik avtomobilləri hazırlayır.

Qaziler.az “Motor.ru”ya istinadla xəbər verir ki, bu barədə avtomobil nəhənginin rəhbəri Ralf Brandstetter jurnalistlərə bildirib.

Başlanğıc səviyyəli elektrik avtomobilləri üçün yeni platforma hazırlanır. Hədəf ilkin qiyməti 140 min yuan (19,6 min dollar) olan akkumulyatorlu avtomobildir. Elektromobillər ailəsi dörd modeldən ibarət olacaq, onlar Çinin FAW-VW və SAIC-VW zavodları tərəfindən yığılacaq.

Volkswagen rəhbəri etiraf etdi ki, Çin "qiymətə çox həssasdır" və Alman qrupu xərcləri optimallaşdırmalıdır. Yeni A Main Platform arxitekturasında elektromobillərin qiymətini azaltmaq üçün tərtibatçılar Çin komponentlərinə keçməli olublar. Məsələn, yerli təchizatçıdan virtual idarə paneli ekranlarının alınması xərcləri 37% azaldıb.

QAZİLER.AZ

Diaspora