Peru arxeoloqları Lima əyalətində Rimak çayı yaxınlığında qazıntılar zamanı min ildən çox yaşı olan beş mumiya aşkar ediblər.
Qaziler.az xəbər verir ki, bu barədə “Andina” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, mumiyalar Uaka-la-Florida arxeoloji sahədə aşkar edilib və onların Mançay mədəniyyətinə aid olma ehtimalı yüksəkdir.
Qalıqların dörd uşağa və bir böyükə aid olduğu ehtimal edilir.
Mütəxəssislərin fikrincə, alimlərin araşdırmalarını davam etdirə bilmələri üçün mumiyalar yaxın vaxtlarda qazıntı yerindən çıxarılacaq. Xüsusilə, arxeoloqlar dəfn bağlamalarında tapılan toxumaları araşdırmaq niyyətindədirlər.
Qeyd edilib ki, qazıntılar zamanı pilləkən dəaşkar edilib. Onun yaşı təxminən 3,5 min ildir.
QAZİLER.AZ