Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, qızı Elizabet Fransada təvazökar həyat sürür.
Qaziler.az xəbər verir ki, bu barədə o, “MGIMO 360” tələbə xəbər kanalına müsahibəsində danışıb.
O qeyd edib ki, Elizabet heç vaxt özünü yüksəkdən aparmayıb. Üstəlik, çətin həyatı və təhsili olub. Qızının Fransadakı həyatından danışkən, Peskov qızının spartalı şəraitdə yaşadığını və özünü tapmaq üçün bir çox çətinliklərin öhdəsindən gəldiyini vurğulayıb. Sonradan bu şəraitin qızını güclü etdiyini və gözəl karyera sahibi olduğunu etiraf edib.
Mətbuat katibi vurğulayıb ki, onun ailəsi ilə bağlı bəzi xəbərlər onlardan xəbərsiz xəbər lentlərinə düşüb.
QAZİLER.AZ