Stilist 2024-cü ildə dəbdə olacaq bir geyimi açıqlayıb - FOTO

Stilist 2024-cü ildə dəbdə olacaq bir geyimi açıqlayıb - FOTO backend

Stilist Aleksandr Roqov 2024-cü ilin yaz və yay aylarında aktual olacaq dəbli bir əşyanın adını çəkib.

Qaziler.az xəbər verir ki, bu barədə o, “Telegram” kanalında yazıb.

Mütəxəssis müasir üslubda polo köynəklər geyinməyi məsləhət görüb.

"Mən yaza hazırlaşmağa başlamağı təklif edirəm, qış tez keçəcək. 2024 yaz/yay mövsümünün trendlərindən biri polodur!” – Roqov yazıb

O, həmçinin dünya moda həftələrində “Gucci”, “Miu Miu”, “Dries Van Noten” və “The Row”un ən son kolleksiyalarının təhlili ilə foto əlavə edib.

QAZİLER.AZ

Diaspora