Çin avtomobil istehsalçısı “Great Wall” Çində yeni “Tank 700 Hi4-T” yolsuzluq avtomobilini nümayiş etdirib.
Qaziler.az bu barədə “Carnewschina.com”a istinadla xəbər verir. Modelin rəsmi premyerası isə noyabrın 17-də Quançjou avtosalonunda baş tutacaq.
Avtomobilin uzunluğu 5090 mm, təkər bazası 3000 mm-dir. Model orta ölçülü yolsuzluq avtomobilidir, daha əvvəl buraxılmış “Tank 700”ün daxili yanma mühərrikli plug-in hibrid versiyasıdır.
Salonda sürücü də daxil olmaqla beş nəfər yerləşə bilər.
“Tank 700 Hi4-T” yolsuzluq avtomobili 3,0 litrlik benzin turbomühərrikinə əsaslanan plug-in hibrid güc aqreqatı ilə təchiz edilib. Mühərrikin gücü 517 at gücünə bərabərdir.
QAZİLER.AZ