Aslan sürüsü su içən zürafəyə hücum etdi - VİDEO

Aslan sürüsü su içən zürafəyə hücum etdi -  VİDEO backend

Cənubi Afrikada yerləşən Botsvanada aslanlar su içən zürafəyə hücum edib.

Qaziler.az bildirir ki, Botsvanada şir sürüsü zürafəni qovub və videoya düşüb. Bu barədə "Latest Sightings" məlumat yayıb.

Hadisəni Çobe çayı yaxınlığındakı düşərgədə qalan 28 yaşlı iş adamı Devid Şer lentə alıb. O, vəhşi təbiəti müşahidə edərkən birdən bu hadisə ilə qarşılaşıb. 

Yırtıcılar su içən zürafəni görüb, əvvəl yavaş-yavaş ona yaxınlaşmağa başlayıblar. Onlar zürafəni mühasirəyə alsalar da o, qaça bilib. Aslanlar heyvana çata bilməyib, sonra çay yatağında uzanıblar. Yırtıcılar uğursuz ovdan sonra sanki bir-birlərinə təsəlli verirdilər.

Şer deyir: “Zürafənin sağ qalma instinktlərini və şirlərin təbii instinktlərini, hətta qələbəyə gətirib çıxarmasa belə, görmək heyrətamiz idi”.

QAZİLER.AZ

Diaspora