“Ferrari” 2026-cı ilə qədər istehsal edəcəyi bütün avtomobilləri satıb

“Ferrari” 2026-cı ilə qədər istehsal edəcəyi bütün avtomobilləri satıb backend

2021-ci ildən İtaliyanın dəbdəbəli avtomobil istehsalçısı “Ferrari”nin CEO-su olan Benedetto Vigna avtomobil satışı ilə bağlı diqqəti çəkən açıqlamalar verib.

Qaziler.az xəbər verir ki, yeni “Ferrari” almaq istəyənlərin 2026-cı ilə qədər gözləməsi lazım olduğunu bildirən Vigna qarşıdakı 2 ildə istehsal olunacaq bütün modellərin artıq satıldığını deyib.

Bildirilib ki, hazırda “Ferrari” tam gücü ilə istehsal etsə də, hələ də tələbatı ödəyə bilmir. Şirkət tarixinin ən yaxşı dövrlərindən birini yaşayır.

“Ferrari” 2023-cü ilin ilk doqquz ayında 10,418 avtomobil tədarük etdiyini, bunun ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz çox olduğu vurğulanıb.

Benedetto Viqnanın verdiyi açıqlamaya görə, 2024 və 2025-ci illər üçün hazırladıqları istehsal proqramı tamamilə doludur.

QAZİLER.AZ

Diaspora