Bu görmə orqanlarının spontan stimullaşdırılmasıdır
İnsanın işıq olmadığı zaman gördüyü nöqtələrə və digər formalara fosfenlər deyilir.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, onların meydana gəlməsinin səbəbləri tam aydınlaşdırılmamışdir, lakin məlumdur ki, görmə sisteminə daxil olan strukturların, görmə qabığının neyronlarına qədər kortəbii (fotonların səbəb olmadığı) həyəcanlanması özünü belə göstərir.
Fosfenlər insanı narahat etmirsə, heç bir müalicə tələb olunmur. Ancaq onları daim və bütün görmə sahəsində görənlər bir oftalmoloqa müraciət etməlidirlər: bu ciddi xəstəliklərin əlaməti ola bilər.
QAZİLER,AZ