“Porsche” “Google” xidmətlərini avtomobillərinə inteqrasiya edəcək

“Porsche” “Google” xidmətlərini avtomobillərinə inteqrasiya edəcək backend

Almaniyanın Ştutqart şəhərində yerləşən dünyaca məşhur avtomobil istehsalçısı “Porsche” “Google Assistant” və “Maps”i avtomobillərinə inteqrasiya edəcəyini açıqlayıb.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, “Google Play” mağazası vasitəsilə təklif olunan tətbiqlərin hansı modeldə birinci olacağı hələlik bəlli deyil.

Alman şirkətinin keçən həftə verdiyi açıqlamada “Google” xidmətlərinin bundan sonra istehsal edilən yeni modellərdə təqdim ediləcəyi bildirilib.

QAZİLER.AZ

Diaspora