Sankt-Peterburqda Kuybışevski rayon məhkəməsi “X.O. Men`s club” striptiz klubunda iclas keçirib.
Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə şəhər məhkəmələrinin birgə mətbuat xidməti məlumat yayıb.
Hakim İrina Vorobyova striptiz klubuna məxsus binasının qanunsuz yenidən qurulması işinə baxarkən bütün təfərrüatları yerində başa düşmək üçün səyyar məhkəmə iclasının keçirilməsinə qərar verib.
"Biz heç vaxt qonaqların belə geyindiyini görməmişdik", - mətbuat xidməti qeyd edib.
“Klubda icazəsiz otaqlar arası arakəsmələr sökülüb, radiatorlar sökülüb, döşəmə örtükləri qismən sökülüb və binanın ümumi drenaj şəbəkələrində qismən dəyişdirilərək kəsilib - yaşayış binasının əmlakına toxunulub. Mərkəzi Rayon rəhbərliyi hər şeyin əvvəlki vəziyyətinə qaytarılmasını tələb etsə də, sahibkar göstərişə əməl etməyiblər. Hazırda işə məhkəmədə baxılır”, - məlumatda qeyd edilib.
QAZİLER.AZ