Təqribən bir həftə əvvəl İsraili tərk etdikdən sonra yoxa çıxdığı deyilən rusiyalı məşhur müğənni Alla Puqaçova uzun aylardan sonra ilk paylaşımı ilə sükutu pozub.
Belə ki, estrada ulduzu özünün sosial hesabından uşaqları və əri ilə birlikdə öz fotosunu paylaşaraq ailəsində hər şeyin yaxşı olduğunu deyib.
“Həyat davam edir”, - deyə 74 yaşlı ifaçı yazıb.
Primadonna təfərrüat verməyib, həmçinin neqativ şərhlərdən sığortalanmaq üçün rəy bölməsini bağlayıb.
Xatırladaq ki, oktyabrın 23-də Alla Puqaçovanın oğlu Harri və qızı Liza ilə birlikdə İsraili tərk etdiyi və gələn ili Kiprdə keçirməyi planlaşdırdıqları məlum olub.