“Stellantis” avtomobilləri başqa brend adı altında satılacaq

“Stellantis” avtomobilləri başqa brend adı altında satılacaq backend

“Stellantis” gələn ilin sonundan etibarən Avropada “Leapmotor” brendi altında ucuz elektrik avtomobil modellərinin satışına başlayacaq.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, Hangzhou şəhərində yerləşən elektrik avtomobil şirkəti “Leapmotor” elektronika və süni intellekt texnologiyaları sahəsində 30 ilə yaxın təcrübəyə malikdir.

“Fiat”, “Peugeot”, “Opel”, “Citroen” kimi bir çox böyük markanın daxil olduğu “Stellantis” Çinin elektrikli avtomobil markası “Leapmotor”un yüzdə 20 hissəsini 1,5 milyard avroya satın alıb.

“Stellantis” və “Leapmotor” avtomobillərin Çindən kənara ixracı və satışı üçün Hollandiyada birgə müəssisə quracaqlar. Bu müəssisə 51 faiz paya sahib olan “Stellantis” tərəfindən idarə olunacaq.

Birgə müəssisə 2030-cu ilə qədər Çindən kənarda 500 min elektrikli avtomobil satmağı hədəfləyir.

Bundan əlavə, “Leapmotor” uzunmüddətli perspektivdə Çində hər il 1 milyon elektrikli avtomobil satmağı planlaşdırır.

Firuzə Alimova

QAZİLER.AZ

Diaspora