Böyük Britaniyadan olan 104 yaşlı qadın pivəni uzunömürlülüyün sirri adlandırıb.
Qaziler.az bildirir ki, "Gloucestershire Live"-ın məlumatına görə, Böyük Britaniyadan olan uzun ömürlü qadın növbəti ad gününü qeyd edib və uzunömürlülüyünün sirrini açıb.
104 yaşlı Katlin Hemminqs 2 oktyabrda həyatının əlamətdar tarixini qeyd edib. Qadın Londonda anadan olub və burada mühasib işləyib. Gəncliyində rəqs etməyi, opera və baletə baxmaq üçün Kovent -Qardendəki Kral Teatrına getməyi sevib.
Hemminqs heç vaxt evlənməyib, lakin buna görə peşman deyil. O, uzunömürlülüyünün əsas səbəbləri kimi ərinin olmaması və sevimli pivə markasını göstərib. ""Guinness" iç və evlənmə!" İngilis qadın uzun həyatının əsas sirlərini açıb.
Hemmingsin hazırda yaşadığı qocalar evinin rəhbərliyi onun üçün böyük şənlik təşkil edib. Aşpaz qonaqlar üçün xüsusi tort hazırladı, ad günü olan uzunömürlü isə sevimli içkisindən böyük bir fincan içdi. “Mən gözəl ad günü keçirdim. Bütün dostlarımın və qohumlarımın gəlib bayramı necə lazımdır keçirməyimə kömək etməsi çox xoşdur”, - deyə qadın bildirib.
QAZİLER.AZ