Rusiyanın Saratova vilayətindən olan Mixail Krasnov Kolumbiyanın 150 minə yaxın əhalisi olan Tunxi şəhərinin meri olub.
Qaziler.az xəbər verir ki, bu barədə” EADaily” yazır.
Kolumbiyanın Milli Mülki Reyestrinin məlumatına görə, seçicilərin ümumi sayının 32%-i namizədə səs verib. Krasnov qeyd edib ki, yerli sakinlər onu dəstəkləyir.
“Vətəndaşlar eyni şeydən beziblər, bu barədə küçədə mənlə danışanda deyiblər. Mən xalqın namizədi oldum”, - Krasnov deyib.
O, demək olar ki, bütün əmanətlərini seçki kampaniyasına yatırdığını vurğulayıb. Saratovdan olan şəhər rəhbəri vəzifəsinə qeydiyyatdan keçmək üçün 32 minə yaxın insan imza toplayıb.
Qeyd edilib ki, Krasnov 10 ildən çoxdur Kolumbiyada yaşayır, 2013-cü ildə yerli vətəndaşlıq alıb. Yeni mer yerli universitetdə iqtisadiyyatdan dərs deyir.
QAZİLER.AZ