BMW “Tesla”nın enerji doldurma stansiyalarından istifadə edəcək

BMW “Tesla”nın enerji doldurma stansiyalarından istifadə edəcək backend

Almaniyanın avtomobil istehsalçısı BMW-dən verilən açıqlamada, yeni nəsil elektrikli avtomobillərin 2025-ci ildən etibarən “Tesla”nın Şimali Amerika Şarj Standartı (NACS) ilə təchiz ediləcəyi qeyd edilib.

Qaziler.az AA-ya istinadla xəbər verir ki, BMW “Tesla”nın enerji doldurma stansiyalarının istifadəsinin maliyyə detalları ilə bağlı məlumat verməyib.

Açıqlamada NACS-ə keçidin yalnız ABŞ və Kanadaya təsir etdiyi vurğulanaraq, CCS stil adapterinin Avropada markanın vasitələrində istifadəyə davam ediləcəyi ifadə edilib.

Qeyd edilib ki, “Tesla” təxminən 12 min şarj stansiyası ilə Şimali Amerikada ən böyük enerji doldurma stansiyası şəbəkəsini idarə edir.

Bu o deməkdir ki, BMW, “Mini” və “Rolls-Royce” markaları da daxil olmaqla avtomobillər 2025-ci ilin əvvəlindən Tesla avtomobilləri ilə eyni doldurma stansiyalarından istifadə etmək imkanı ilə zavoddan çıxacaq.

Bununla da BMW avtomobil sahiblərinə öz avtomobillərinin ekranlarından “Supercharger” stansiyalarını tapmağa və marka tətbiqi vasitəsilə bu stansiyalarda ödənişlər etməyə imkan verəcək.

Bu addım BMW-nin ABŞ və Kanadadakı satışlarına müsbət təsir göstərəcək.

Firuzə Alimova

QAZİLER.AZ

Diaspora