2018-ci ildə Rusiyada sürücüsüz avtomobillər olacaq

2018-ci ildə Rusiyada sürücüsüz avtomobillər olacaq backend

Artıq 3 ildən sonra Rusiya yollarında sürücüsüz avtomobillər peyda olacaq. İKT.lent.az-ın “auto.yuga.ru” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç Yaponiyanın Kioto şəhərində keçirilən elm və texnologiyalara həsr olunmuş forum çərçivəsində bildirib.

“Biz əlimizdən gələn hər şeyi edəcəyik ki, Rusiyada istehsal edilən bu cür maşınları 2018-ci ildə keçiriləcək çempionatda istifadə edək. Bu asan iş deyil, ancaq düşünürəm ki, bu cür layihələrdə uğura nail olacağıq. Biz bu cür yeni texnoloji təşəbbüsün tətbiqinə başladıq. Bu, bu yüzilliyin ortalarında sürətlənəcək tamamilə yeni bazara yönəlib”, - deyə A. Dvorkoviç bildirib.

Pilotsuz maşınların iş icraçısı barədə məlumat verilməyib.

Rusiyalı məmurun sözləri olduqca qəribədir. Təkcə o faktı nəzərə almaq lazımdır ki, ABŞ-ın “Google” şirkəti bu cür layihə üzərində 10 ildən artıqdır çalışır. Ancaq bununla belə, onlar tərəfindən bu layihənin uğurlu sonluğu ilə bağlı hələlik heç nə eşidilmir.
Diaspora