Rusiyanın avtomobil istehsalçısı “AvtoVAZ” yeni Lada modeli üçün adqoyma müsabiqəsi elan edib.
“Ad avtomobilin konseptinə uyğun olmalıdır. “Dəbli və praktik, izdihamdan seçilən B+ sinifli şəhər krossoveri, rus xalqına yaxın və başa düşülən, adət-ənənələrini, mədəniyyətini və dilini əks etdirməli və latın dilində yazılmalıdır. Latın dilində olduğu kimi asan tələffüz və yaddaqalan, unikal “Lada” ilə birləşdirilməlidir, 6 hərfdən çox olmamalıdır”, - müsabiqə şərtlərində deyilir.
Qeyd olunur ki, təkliflər 2023-cü il oktyabrın 18-dən oktyabrın 25-dək qəbul ediləcək.
QAZİLER.AZ