Yaponiya aviaşirkəti çox ağır sərnişinlər üçün əlavə təyyarə ayırıb

Yaponiya aviaşirkəti çox ağır sərnişinlər üçün əlavə təyyarə ayırıb backend

Yaponiyanın əsas aviaşirkəti “Japan Airlines” artıq çəkili sərnişinləri – sumo güləşçilərini daşımaq üçün əlavə reys həyata keçirməyə məcbur olub.

Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə CNN telekanalının Yaponiya bölməsi məlumat yayıb.

Oktyabrın 12-də 27 sumo güləşçilərindən ibarət iki qrup idman festivalı üçün cənubdakı Amami Oşima adasına uçmalı olub. Problem onda olub ki, sözügedən adada hava limanı yalnız orta məsafəli təyyarələri qəbul edə bilir. Ona görə də bütün sumo güləşçilərini bir böyük “Boinq”də yerləşdirmək mümkün olmayıb.

Buna görə də aviaşirkət xüsusi çəkili sərnişinlər üçün iki ayrı təyyarə ayırmağa qərar verib - biri Tokionun Haneda hava limanından, ikincisi Osakadakı İtami hava limanından uçub.

QAZİLER.AZ

Diaspora