Sərnişin təyyarənin tualetinin döşəməsini çirkləndirdiyi üçün “EasyJet” təyyarəsi uçuşu ləğv etməli olub.
Qaziler.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Təyyarə İspaniyanın Tenerife adasından Londona uçurmuş. Kişi bir müddət tualetdə qaldıqdan sonra sərnişinlərə reysin ləğv olunacağı bildirilib. Aviaşirkət bütün müştəriləri otellərdə yerləşdirib.
Hadisə otellərə tələbatın yüksək olduğu bir vaxtda baş verdiyi üçün şirkət yaşayış yeri tapa bilməyib və səyahət edənlər yerləşmə məsələlərini özləri həll etməli olublar.
Nəticədə bir çox insan hava limanının terminalında qalıb və uzun müddət Londona qayıda bilməyib.
QAZİLER.AZ