ABŞ-da insan qalıqlarını münayiş etdirən muzeydən qərar

ABŞ-da insan qalıqlarını münayiş etdirən muzeydən  qərar backend

Nyu Yorkdakı Təbiət Tarixi Muzeyi insan qalıqlarını ictimai nümayişdən çıxaracaq.

Qaziler.az xəbər verir ki, bu barədə “The New York Times” daxili sənədə istinadən yazır.

Nəşrin məlumatına görə, qərar etik standartlarla bağlı yeni siyasətə uyğun olaraq qəbul edilib.

“Yeni qaydalar ictimaiyyətə nümayiş etdirilən bütün insan sümüklərinin köçürülməsini və qalıqların hazırda saxlandığı anbarların modernləşdirilməsini əhatə edir”, - nəşr bildirib.

Beləliklə, insan skeletləri və sümüklərdən hazırlanmış əşyalar gözdən uzaqlaşdırılacaq.

Bildirilir ki, Nyu Yorkdakı Təbiət Tarixi Muzeyində müxtəlif irq və dövrlərə aid təxminən 12 min insan qalıqları var.

QAZİLER.AZ

Diaspora