Afrikalı kişi qadınlardan qorxduğu üçün 55 ildir ki, təcrid olunmuş vəziyyətdə yaşayır.
Qaziler.az xəbər verir ki, bu barədə “Oddity Central” nəşri yazır.
77 yaşlı Kallicha Nzamwit qadınlardan hədsiz qorxduğunu anlayanda 16 yaşında olub və qorxu dözülməz hala gəlib. Hər dəfə onların yanında olanda bədəni titrəyir, özü də mənfi emosiyalar yaşayır. O vaxtdan evinin ətrafına taxtadan nəhəng hasar çəkdirib və ordan kənara çıxmır.
Onun qəbiləsindən olan qadınlar kişidən incimədiklərini bildiriblər və hasarın üstündən paltar və yemək tullayıblar.
“Qəribədir ki, o, qadınlardan qorxur. Biz ona kömək etmək istəyirik, lakin o, bizim onunla danışmağımızı və ya çox yaxınlaşmağımızı istəmir”, – yerli sakinlər əlavə deyiblər.
Kalliççeyə heç vaxt diaqnoz qoyulmasa da, ekspertlər onun "qadınlara qarşı irrasional qorxu" kimi təsvir edilən çox nadir xəstəlikdən - ginofobiyadan əziyyət çəkdiyini düşünürlər.
QAZİLER.AZ