Amerikada qadın çarəsiz qalıb özü ilə evləndi

Amerikada qadın çarəsiz qalıb özü ilə evləndi backend

Amerikalı Sara Uilkinson özü ilə toy mərasimi təşkil edib.

Qaziler.az xəbər verir ki, onun hekayəsini “The Sun” nəşri danışıb.

42 yaşlı Uilkinsonun dediyi kimi, o, həmişə gözəl toy mərasimi arzusunda olub.

“Uşaqlıqdan evlənmək arzusunda olan qadınlardan biriyəm. Kiçik yaşlarımda olan gəlin rolunu oynamışam, pərdə geyinib başıma plastik tac qoymuşam. 15 yaşımdan bilirdim ki, əkiz oğlan və ya üçəm qızlarım olacaq, ərimlə birlikdə qar kimi ağ hasarla əhatə olunmuş gözəl evdə yaşayacağıq”, – amerikalı qadın deyib.

Qadının yeganə uzunmüddətli münasibəti 28 yaşında başlayıb və dörd il davam edib. O vaxtdan bəri qadın özünə tərəfdaş axtarır və nə vaxtsa həqiqi sevgisinə rast gələcəyinə çarəsiz qalıb. Nəticədə, qadın özü ilə evlənmək qərarına gəlib.

O, özünə brilliant nişan üzüyü alıb və dostları üçün subay və subaylıq gecəsi təşkil edib. 80 qonağın iştirakı ilə qadın özünü sevməyə və qayğısına qalmağa söz verib. Ümumilikdə amerikalı qadın dəbdəbəli şənliyə 12 min dollardan çox pul xərcləyib.

QAZİLER.AZ

Diaspora