Məşhur bolqar kahin Vanqa 1996-cı ilin avqustunda vəfat etsə də onun gələcəyə dair proqnozları sobadan çıxan isti çörək kimi hələ də ictimaiyyət tərəfindən "yeyilir". Baxmayaraq ki, hətta Bolqarıstanda da bunu “yaxşı təbliğ olunan dövlət işi” hesab edənlər var. Bəlkə də bu səbəbdən Vanqanın “yeni” açıqlamaları tükənmir.
Qaziler.az bildirir ki, Bolqarıstanın “Standard” qəzeti bu yaxınlarda məşhur kor bolqar qadının 2024-cü il üçün proqnozlarını dərc edib:
— Gələn il qlobal münaqişənin baş vermə ehtimalı yüksəkdir. Onun nəticəsi dünya tarixində ən mühüm hadisə olacaq. “Standard” qəzeti yazır ki, falçının fikrincə, ola bilsin bu hadisə Yer kürəsinin əhalisinin azalmasına səbəb olsun.
Vanqa həmçinin Sakit Okeanda tarixin ən güclü zəlzələsini proqnozlaşdırıb ki, bu da çoxlu sayda insan tələfatına səbəb olacaq.
Bundan əlavə, o, 2024-cü ildə üç nəhəngin - Rusiya, Çin və Hindistanın mümkün birləşməsini proqnozlaşdırdı. O, həmçinin 100 və 5 rəqəmləri olan “qırmızı pul” haqqında danışıb. "Lakin bunun mənası hələ də qeyri-müəyyən olaraq qalır", - deyə "Standard" qeyd edir.
QAZİLER.AZ