Bu məhlulla baxçanın təmizliyini qoruyun
Həyət evlərində bildiyimiz kimi müəyyən bir hissəni daş plitələrlə döşəyirlər. Bu həm həyətin səliqəsini, həm də görüntüsünü gözəlləşdirir. Lakin bir müddət sonra plitələrin arasından yabanı otlar kök atıb çıxır. Bu isə sonda plitələrin qopmasına səbəb olur.
Bəs, otları necə məhv etmək olar? Xüsusən də sahəsi böyük olan həyət evlərində onları əllə təmizləmək olmur. Mütəxəssislər, bu haqda bəzi faydalı məsləhətlər verirlər.
QAZİLER. AZ verdiyi məlumata görə, sirkəylə suyu 1:1 nisbətində qarışdırıb, alınan məhlulu əsasən plitələrin arasına səpmək lazımdlr. Bununla da, kök atmış otların kökləri məhv olub quruyur, xırda cücərtilər isə boy atmır.
QAZİLER. AZ