Dünyanın ən məşhur elektrik avtomobil istehsalçısı “Tesla” xüsusilə satışa çıxardığı “Model S” ilə gözəl satış rəqəmləri əldə edib.
Lakin ABŞ avtomobil istehsalçısı “Lucid Motors” “Tesla Model S”ə qarşı öz elektrikli avtomobili “Lucid Air” ilə çıxaraq kifayət qədər uğur qazanıb.
“Lucid Motors” indi elektrik sedanın “Air” adlı sərfəli versiyasını elan edib. “Lucid Air Pure RWD” adlanan model “Lucid” seriyasındakı ən kiçik batareyaya sahib olsa da, təxminən 660 km məsafəni qət edir.
Yeni model 436 at gücü hasil edən arxa oxda yerləşən tək elektrik mühərrikinə malikdir. ABŞ şirkəti yeni modelin bu günə qədər ən kiçik və ən yüngül akkumulyatorla təchiz edildiyini vurğulayır.
“Lucid Air Pure RWD”nin içərisində “Apple CarPlay” dəstəyi ilə 34 düymlük ekran görmək mümkündür. Avtomobilin başlanğıc qiyməti 77 min 400 dollar olaraq açıqlanıb.
Firuzə Alimova
QAZİLER.AZ