“Lexus” ən etibarlı avtomobil markası seçildi

“Lexus” ən etibarlı avtomobil markası seçildi backend

Yapon avtomobil istehsalçısı “Toyota”nın himayəsi altında lüks avtomobil markası olan “Lexus” müxtəlif araşdırma və hesabatlarda “ən etibarlı marka” seçilib.

Şirkətdən verilən açıqlamaya görə, Lexus hər il keçirilən 'What Car?' sorğusunda yeddinci dəfə ən etibarlı brend olub.

Bu il “J.D. Power”ın etibarlılıq mükafatını alan marka, 'What Car?' sorğusunda 32 marka və 178 model arasında birinci olub.

Araşdırmalar nəticəsində “Lexus” 98,3 faiz yüksək qiymətə nail olub. Birinci nəsil NX 99,8 faiz, yeni nəsil NX 99,3 faiz və UX modeli 99,3 faiz reytinqlə real istifadəçilər tərəfindən yüksək qiymətləndirilib.

“Lexus” 2017-ci ildən bəri illik sorğuda birinci yeri tutmağı bacarıb. “Lexus” problemsiz avtomobilləri ilə yanaşı, satış sonrası xidmətlərdə də sürətli həll etmələri ilə istehlakçıların rəğbətini qazanıb.

QAZİLER.AZ

Diaspora