“Apple” “ağıllı” üzük buraxmağa hazırlaşır - FOTOSESSİYA

“Apple” “ağıllı” üzük buraxmağa hazırlaşır - FOTOSESSİYA backend

ABŞ-ın “Apple” korporasiyası yeni daşınan qurğu – “ağıllı” üzük istehsalı üçün patent almaq məqsədilə dövlət orqanlarına müraciət edib. Bu məhsul şirkətin digər qurğuları ilə əlaqəli işləməlidir və “Apple” xidmətləri ilə qarşılıqlı fəaliyyəti yeni səviyyəyə çıxarmalıdır. İKT.lent.az-ın “theverge.com”a istinadən verdiyi məlumata görə, patent üçün müraciətdə deyilir ki, “ağıllı” üzük “TouchPad” (giriş üçün sensor paneli) və ya touch-ekranla təchiz ediləcək. Bu ekrana istifadəçiyə onun vəziyyətindəki dəyişiklik barədə mətn şəklində informasiya ötürüləcək. Cihazda bildirişlər üçün “Taptic Engine” (döyəcləmə imitasiyası), səsli komandalar üçün mikrofon, jestləri tanıyan sistem, hətta G-sensorun köməyi ilə barmaqla simvolların yazılması və əllərin hərəkətini izləyən mexanizm mövcud olacaq.

Maraqlıdır ki, “Apple”dan əvvəl “MOTA SmartRing” şirkəti “IndiGoGo” kraudfandinq (xalq maliyyələşdirilməsi) platformasında eyni məhsulun istehsalı üçün vəsait toplayıb və üzüyün satışı üçün artıq sifarişləri qəbul etməyə başlayıb.

İstehsalçılar cihazın əsas üstünlüyü kimi söhbəti və ya görüşü pozmadan daxil olan bildirişləri və məlumatları nəzərdən keçirmək imkanını qeyd edirlər. Bunun üçün üzüyə barmaqla toxunmaq lazımdır və onun OLED-displeyində titr şəklində məlumatlar yazılacaq. Üzük “Bluetooth” modulu ilə təchiz olunub və istənilən Android-smartfona qoşula bilər.

Smartfonları idarə etmək üçün başqa üzük tipli cihazlar da var ki, “Apple” bunlardan təbii ki, xəbərdardır. Lakin şirkət istifadəçilərin rahatlığını təmin edəcək fərqli məhsul buraxmaq fikrindədir. Smartfonun sözün həqiqi mənasında personal qurğu olmasına baxmayaraq, onunla qarşılıqlı əlaqə daimi baş vermir. Hətta “ağıllı” saatlar belə heç də həmişə qolda qalmır. Smart-üzük isə istifadəçi ilə 24 saat əlaqədə olan və böyük miqdarda məlumat (fizioloji, davranış, ətraf mühitlə bağlı) ötürən daha rahat, daha az gözə çarpan qurğu ola bilər.
Diaspora