60 yaşında övlad dünyaya gətirdi

60 yaşında övlad dünyaya gətirdi backend

Moskvanın Filatov adına15 saylı klinik xəstəxanasında 60 yaşlı qadın uşaq dünyaya gətirib. O, böyük oğlu öldüyünə görə bu riskə əl atıb. Qazilər.az saytı “Komsomolskaya pravda” qəzetinə istinadən xəbər verir ki, yaşlı, lakin xoşbəxt ananın adı, soyadı, hətta uşağın cinsi, çəkisi də həkimlər tərəfindən gizli saxlanır. Klinikanın ginekoloqu Nestor Mesxi yalnız onu bildirib ki, uşaq sağlam doğulub və ana doğum evini sevinclə tərk edib. Lakin qəzetin müxbiri 60 yaşlı ananın qeysər kəsiyi ilə qız uşağı dünyaya gətirdiyini öyrənə bilib. O da bildirilir ki qadın varlı, özünə baxan, qəşəng olub, qısa geyinməyi sevirmiş. Asan keçməyən əməliyyat otağının qarşısında onu həyəcan keçirən yaşlı həyat yoldaşı gözləyirmiş.

Xəstəxanadan verilən məlumata görə gənc olmayan bu ailənin 39 yaşında oğlu öldükdən sonra qocalıqda övladsız qalmamaq üçün onlar belə bir riskə getməyi qərara alıblar.

Xatırladaq ki, 2011-ci ildə Ukraynada 65 yaşlı Valentina Podverbnaya dünyaya sağlam qız uşağı gətirmişdi.
Rumınyalı yazıçı Adriana İliesko 67 yaşında ilk övladını, 2006-cı ildə ispan Mariya Del Karmen Busada 66 yaşında əkiz doğmuşdu. 2010-cu ildə 66 yaşlı Hindistanlı Bxateri Devi 64 yaşlı ərindən üç əkiz, onun həmyerliləri Rayo Devi Laxon 69 yaşında ilk övladını, Omkari Panvar isə 70 yaşında əkiz övladlarını doğublar.
Diaspora