Robot ekzoskeletlər üzrə ixtisaslaşmış Yaponiyanın “Tsubame Industries” şirkəti kosmik tədqiqatlar üçün istifadə oluna bilən “Archax” robot kostyumunu təqdim edib.
Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə “İndependent” məlumat yayıb.
Robot kostyumun çəkisi 3,5 ton, hündürlüyü 4,5 metr, qiyməti 3 milyon dollardır. Onun dörd təkəri var və iki rejim arasında keçid edə bilir: şaquli (robot rejimi) və üfüqi (avtomobil rejimi). Şaquli rejimdə robot kostyum insan əllərinin və barmaqlarının hərəkətlərini təqlid edə, üfüqi rejimdə isə 10 km/saat sürətlə gedə bilir.
Robot kostyumun daxilində pilot üçün kabinə var. Polit robotu joystiklər və monitorlar vasitəsilə idarə edə bilir. Kabin robotun gövdəsində yerləşir və o, robotun başında və digər hissələrində quraşdırılmış kameralardan video siqnal alır. Robot kostyumunda pilotun rahatlığı üçün soyutma və isitmə sistemi də var.
“Tsubame Industries” yaxın gələcəkdə Archax robot kostyumunun beş nüsxəsini hazırlayıb satmağı planlaşdırır.
QAZİLER.AZ