Metal yığını olan təyyarələr ildırım çaxmasından necə “sağ çıxır”?

Metal yığını olan təyyarələr ildırım çaxmasından necə “sağ çıxır”? backend

Uçuş zamanı ildırım vuran təyyarənin içində olmusunuzmu? Əsasən metal olan və buna görə də elektrik axınına kömək edən bir təyyarəni ildırım vurduqda əslində nə baş verir?

Əvvəlcədən qeyd etməliyik ki, təyyarələrdə ildırım çaxması göründüyü qədər nadir deyil. Əslində, hər bir təyyarəni ildə ən azı bir dəfə ildırım vurur.

İldırım, adətən təyyarənin qanad ucuna və ya burnuna düşür, təyyarənin gövdəsi boyunca hərəkət edərək digər ucundan çıxır.

İldırım çox yük daşıdığı və inanılmaz dərəcədə isti olduğu üçün bir çox insanlar təyyarənin dərhal alovlanacağını və qəzaya uğrayacağını güman edirlər.

Lakin əksər hallarda ildırım gözlənildiyi qədər ciddi təsir göstərmir. Təyyarə ildırım vurduqdan sonra belə, normal işləməyə davam edir.

Bəs Təyyarələr belə böyük enerji hücumuna necə tab gətirir?

İldırım həmişə buludlarda olur. Əslində, bəzən buludların arasından keçərkən ildırımın çaxmasına təyyarənin özü səbəb olur.

Bunu nəzərə alaraq, təyyarə istənilən vaxt, hər yerdə güclü ildırım vurmalarına tab gətirmək, içərisində olan insanların təhlükəsizliyinə təhlükə yaratmayacaq şəkildə hazırlanır.

Təyyarənin gövdəsi əsasən alüminiumdan və elektrik cərəyanını yaxşı keçirən bəzi digər metallardan ibarətdir.

Bəzi təyyarələr, o cümlədən “Dreamliner” və “Boeing Airbus A350”lər yüngül karbon kompozitindən hazırlanır və sonra nazik mis təbəqəsi ilə örtülür. Mis isə əla elektrik keçiricisidir.

Müasir təyyarələrin göyərtədəki insanlara təsir etmədən ildırım vurmasına tab gətirmək üçün yaxşı dizayn edildiyi doğru olsa da, bunların heç biri təyyarələrin tamamilə təhlükəsiz olduğu anlamına gəlmir.

Pilotlar bəzən ildırım vurmasından sonra bəzi avadanlıqlarda tıxanıqlığın yaraanması və ya qısa müddət ərzində rabitə itkisi barədə məlumat verirlər.

Buna görə də, ildırım vurma ehtimalı olan ərazilərə uçmamaq üçün təyyarənin uçuşdan əvvəl keçəcəyi mümkün marşrutu müəyyən etməklə bağlı fikir və səy sərf olunur.

QAZİLER.AZ

Diaspora