Sahura piramidasında gizli otaqlar aşkarlanıb - FOTO

Sahura piramidasında gizli otaqlar aşkarlanıb - FOTO backend

Alimlər Misirdə 4400 il əvvəl tikilmiş Sahura piramidasında indiyədək görünməmiş çoxlu sirli otaqlar aşkar ediblər.

Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Sahura piramidası eramızdan əvvəl 26-cı əsrin sonu və 25-ci əsrlər arasında Beşinci sülalənin ikinci kralı və Abusirdə dəfn edilən ilk kral Sahura (Sahur kimi də tanınır) üçün tikilmişdir.

Sahura xarici ölkələrlə ticarət etmiş, donanma inkişaf etdirmiş və mədənlər açmışdı.

Piramida ilk dəfə 1836-cı ildə polkovnik Howard Vyse-nin rəhbərliyi altında işləyən mühəndis Con Perrinq tərəfindən qazılmış və daha sonra 1907-ci ildə misirşünas Lüdviq Borçardt tərəfindən daha ətraflı tədqiq edilmişdir.

İndi, 100 ildən çox vaxt keçdikdən sonra elm adamları yenidən qədim piramidanın içərisində araşdırma aparıblar.

Komanda əvvəlcə piramidanın infrastrukturunu gücləndirmək və onun dağılmasının qarşısını almaq üçün yola çıxıb. Komanda 3D lazer skanından istifadə edərək piramidanın daxilində ətraflı araşdırmalar aparıb.

Bu, onlara həm böyük açıq ərazilərin, həm də içəridəki dar dəhlizlərin və otaqların hərtərəfli xəritələrini yaratmağa imkan verib. O, həmçinin əvvəllər aşkar edilməmiş səkkiz saxlama otağına aparan gizli keçidi də üzə çıxarıb.

Bu otaqların tavanları və döşəmələri ciddi zədələnmiş və orada tam olaraq nəyin saxlanıldığı bəlli deyil.

QAZİLER.AZ

Diaspora