Fransanın Drome bölgəsində yaşayan təqaüdçü qadının neçə gündür ondan xəbər ala bilməyən qızı polisə zəng edərək anası ilə əlaqə qura bilmədiyini bildirib.
Qaziler.az bildirir ki, bu barədə Fransanın “Le Dauphine Libere” xəbər saytı məlumat yayıb.
Poli sözgedən ünvanda yerləşən evində tapılmayan 77 yaşlı qadın üçün itkin elanı verib.
Qadının İsere bölgəsindəki digər evində də axtarış zamanı heç bir izə rast gəlməyib.
Lakin qadın bir neçə gün sonra qızına zəng edərək dincəlmək üçün bir neçə günlük İtaliyaya tətilə getdiyini bildirib.
Yaşlı qadın narahatlığını dilə gətirən qızına vaxtı az olduğu və çamadanlarını hazırladığı üçün Fransadan çıxmazdan əvvəl özü haqqında məlumat verməyi unutduğunu deyib.
QAZİLER.AZ