Buludlarda mikroplastik izləri tapılıb

Buludlarda mikroplastik izləri tapılıb backend

Yaponiyada aparılan araşdırmalar göstərib ki, buludlarda insan sağlamlığı üçün zərərli olan mikroplastiklər var.

Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Yaponiyanın Vaseda Universitetində aparılan araşdırmada buludlarda mikroplastiklərin varlığı araşdırılıb.

Araşdırmada tədqiqatçılar Fuji və Oyama dağlarından 1300 ilə 3 min 776 metr yüksəklikdəki buludlardan nümunələr toplayıb və qabaqcıl görüntüləmə üsulları ilə bu nümunələri araşdırıblar.

Nümunələrin tədqiqindən sonra buludlarda 9 fərqli polimer növü aşkar edilib.

Buludlarda hər litr su buxarında orta hesabla 6,7-13,9 mikroplastik hissəcik olduğunu təyin edən tədqiqatçılar bu vəziyyətin iqlimə təsir edə biləcəyini vurğulayıblar.

QAZİLER.AZ

Diaspora