Planşetlər dünyada populyarlığını itirməkdədir

Planşetlər dünyada populyarlığını itirməkdədir backend

2023-cü ilin ikinci rübündə qlobal planşet tədarükü 28,09 milyon cihaz təşkil edib ki, bu da əvvəlki rübün nəticəsi ilə müqayisədə demək olar ki, 5% azdır.

Qaziler.az xəbər verir ki, bu barədə “DigiTimes Research” analitik şirkəti yeni hesabatında məlumat verib.

İkinci rübdə 10 düymlük displeylə təchiz edilmiş planşetlər ümumi tədarüklərin demək olar ki, 70%-ni təşkil edib. Bu tendensiya “Apple” və digər əsas satıcıların bunu istinad ölçüsü hesab etmələri ilə əlaqədardır. Bununla belə, “DigiTimes” yazır ki, artıq üçüncü rübdə bəzi brendlər daha kiçik planşetlərin istehsalına keçəcək və 10 düymlük planşetlərin tədarük payı azalacaq.

“DigiTimes” “Apple”ın 2023-cü ilin sonuna qədər yeni yeddi düymlük planşetini təqdim edəcəyini gözləyir. Bu, yəqin ki, yeddinci nəsil “iPad mini” olacaq.

Analitiklər hesab edirlər ki, planşet bazarı 2023-cü ilin üçüncü və dördüncü rübündə artım nümayiş etdirəcək. Lakin bu artım Milad və Yeni il öncəsi satış mövsümü ilə bağlı qeyri-sabit olacaq,

QAZİLER.AZ

Diaspora