Rusiyalı mütəxəssislər yüksək hazırlıq standartlarına uyğunluğunu təsdiqləyən şauarma üçün keyfiyyət nişanının tətbiqi imkanlarını araşdırır.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə müvafiq təşəbbüslə çıxış edən Dövlət Dumasının sədr müavini Vladislav Davankovun sorğusuna rospotrebnadzor departamentinin rəhbəri Anna Popovanın cavabında qeyd edilib.
“Rospotrebnadzor tabeliyində olan elmi təşkilatlarla birlikdə qida hazırlığının yüksək standartlarına uyğunluğunu, eləcə də onun balanslaşdırılmış tərkibini müəyyən ictimai iaşə obyektində təsdiqləyən könüllü etiketləmə sisteminin yaradılmasının mümkünlüyünü araşdırır”, - Popova bildirib.
Yəni şauarma üçün keyfiyyət nişanının tətbiqi məsələsi ekspertlər səviyyəsində müzakirə edilə bilər.
QAZİLER.AZ