“Opel Corsa” ən yaxşı dizayn mükafatını qazanıb - FOTO

“Opel Corsa” ən yaxşı dizayn mükafatını qazanıb - FOTO backend

Yeni “Opel Corsa” Almaniyanın "Auto Motor & Sport" avtomobil jurnalı tərəfindən təşkil edilən "autonis" mükafatlarının B seqmenti kateqoriyasında "2023-cü ilin ən yaxşı yeni dizaynı" mükafatına layiq görülüb.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, 1982-ci ildən bu yana 14 milyondan çox avtomobil satan və hər nəsillə öz sinfinin istinad modeli olmağı bacaran “Corsa” 40 ildir bazarda lider modellərdən biri olmağı bacarıb.

Beləliklə, “Opel” ardıcıl ikinci dəfə dalbadal “autonis” dizayn mükafatını qazanıb. 11 fərqli seqment çərçivəsində keçirilən müsabiqədə ümumilikdə 105 namizəd iştirak edib.

“Opel Corsa”nın dizaynında ən böyük dəyişiklik ön hissədə baş verib. "Opel"in daha böyük modellərində istifadə etdiyi Vizor dizaynı yeni "Corsa"da da müşahidə edilib.

10 düymlük sensor ekrana malik yeni əlavə multimedia sistemi “Qualcomm”un Snapdragon kokpit platforması ilə təchiz edilib.

Bundan əlavə, ilk dəfə olaraq “Apple CarPlay” və “Android Auto” uyğun telefonlar avtomobilin multimedia sisteminə simsiz qoşula və enerji ilə doldurula biləcək.

Yeni Opel Corsa-nın kapotu altında ilk dəfə olaraq 48V yumşaq hibrid sistemi peyda olub. Bu sistemlə təchiz edilən 1,2 litrlik benzin mühərriki 100 və 136 at gücünə malikdir.

QAZİLER.AZ

Diaspora