“iPhone 15 Pro Max” davamlılıq testindən keçə bilmədi - VİDEO

“iPhone 15 Pro Max” davamlılıq testindən keçə bilmədi - VİDEO backend

“JerryRigEverything” adlı “YouTube” kanalı digər telefonlar üzərində keçirdiyi dayanıqlıq testini “iPhone 15 Pro Max” modelində də edib. Keçirilən test telefonun kritik qüsurlara malik olduğunu göstərib.

Qeyd edək ki, bu il “Apple” Pro və Pro Max modellərində alüminium əvəzinə titan materiallardan istifadə etdiyini bildirib.

Belə ki, “iPhone 15 Pro” və “Pro Max” kosmik gəmilərin hazırlanmasında istifadə olunan 5-ci dərəcəli titandan istehsal edilib. Ancaq görünür, bu material “iPhone”u parçalanmaqdan qorumayıb.

Görüntülərdə “iPhone 15 Pro” əyilmə testində arxa hissədən çatlayıb. “iPhone”un arxa şüşəsini sındırmağın nə qədər asan olması isə təəccübləndirib.

Sınaqda kamera adası şüşəsi də çatlayıb. Deməli, “iPhone” təsadüfən yerə düşsə, dayanıqsız çıxdığı üçün ciddi problem yaşada bilər.

QAZİLER.AZ telefon üzərindəki sınağın görüntülərini təqdim edir:

Diaspora