Dünyada heyvanlara verilən hüquqlara yenisi əlavə edilib.
Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, bu dəfə heyvanlarla bağlı qanun İspaniyada hazırlanıb.
İspaniya Konqresinin təsdiqlədiyi cinayət məcəlləsinə edilən düzəlişdə ev heyvanı olmayan onurğalı heyvanın ölümünə səbəb olan hər kəs üçün 6 aydan 18 aya qədər həbs və ya 18 aydan 24 aya qədər ictimai iş cəzası nəzərdə tutulub.
Belə ki, balığı, siçanı, it və ya kərtənkələni öldürmək də eyni cəza ilə cəzalandırılır.
Bu qaydaya görə, bağa girən ilanı öldürmək üçün 6 aydan 18 aya qədər həbs cəzası tələb olunur.
Dəyişiklikdə həm də o nəzərdə tutulub ki, evə girən siçan və ya siçovul öldürülməsə, yaralansa belə polisə məlumat verilərsə, həmin şəxsi 3 aydan 12 aya qədər həbs cəzası gözləyir.
Bundan başqa, itinin ipini çəkən və ya onunla pis danışan şəxslərə də pis rəftara görə “bir aydan iki aya qədər cərimə və ya bir gündən otuz günədək dövlət qulluğu cəzası” tətbiq ediləcək.
QAZİLER.AZ