Kaliforniyada 40 yaşlı qadın San-Xosedəki bazardan aldığı iddia edilən balıqları bişirdikdən sonra bakterial infeksiyaya yoluxub. Həkimlər onun bütün əzalarını amputasiya etməli olublar.
Qaziler.az xəbər verir ki, bu barədə “The İndependent” yazıb.
Mütəxəssislər deyirlər ki, iqlim dəyişikliyi pisləşdikcə onun xəstəliyinə səbəb olan infeksiya növü daha çox yayıla bilər.
“GoFundMe” səhifəsinin yaradan, həmçinin qadının ailə dostu Anna Messina bildirib ki, Laura Baraxas balıqları bişirib yedikdən sonra 1 aydan çox müddətə xəstəxanada qalıb. Daha sonra sentyabrın 13-də həkimlər onun həyatını xilas etmək üçün hər iki qolunu və ayaqlarını kəsməli olublar.
Belə ki, Baeraxas tilapiya balığını alıb yedikdən sonra “vibrio vulnificus” infeksiyasının simptomları baş qaldırıb.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinə görə, insanlar çiy və ya az bişmiş dəniz məhsulları, istiridyə yedikdən sonra vibrio infeksiyası inkişaf edə bilər.
QAZİLER.AZ