Kale Bələdiyyəsinin işçisi Turqut Karakuş Salkımlı rayonunda daha əvvəl görmədiyi hörümçəklə qarşılaşıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, rayon Kənd Təsərrüfatı və Meşə Müdiri Mesut Cem Karaca və onu müşayiət edən baytar qrupları Salkımlı rayonuna gedərək dünyanın ən zəhərli hörümçəklərindən biri olan “argiope lobata” növünü yerində araşdırıb.
Karaca, fərqli naxışları ilə diqqət çəkən hörümçəyin argiop lobata növünün daşıdığı güclü zəhərlə insan bədənindəki sinir hüceyrələrini öldürərək can itkisinə səbəb ola biləcəyini bildirib.
Hörümçəyin insanlara həmişə hücum etmədiyini, həşəratda tapılan zəhərin "neyrodejenerativ" xəstəliklərdə istifadə edildiyini ifadə edən Karaca, Türkiyədə tanınan iki növü olan hörümçəyin Afrika, Asiya və Cənubi Avropa ətrafında yaşadığını qeyd etdi. Həşərat dünyada nadir bir növlərdən sayılır.
QAZİLER.AZ