ABŞ Müdafiə Nazirliyinin bir hissəsi olan və UFO müşahidələri hallarını öyrənən Bütün Mühitlərdə Anomaliyaların Təhlili Ofisi, şahidlərin ən çox bildirdiyi obyektlərin görünüşü ilə bağlı məlumatları paylaşıb.
QAZİLER.AZ Lent.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" yazır.
UFO abbreviaturası naməlum uçan obyekt deməkdir, lakin Pentaqonun özündə UFO - naməlum anomal fenomen təyinatından istifadə edirlər. Təhlil son 27 il ərzində şahidlərin məlumatlarına əsaslanır.
Məlum olub ki, UFO-lar uçan boşqaba bənzəmir. Əslində, onlar guya sferik forma, şəffaf, ağ və ya gümüş rənglə xarakterizə olunur. UFO müşahidələrinin təxminən 47% -i bu şəkildə təsvir edilib.
Qeydə alınmış obyektlərin 19%-i şahidlərin dəqiq təsvir edə bilmədiyi bir formaya malikdir. Ancaq digər şahidlər naməlum obyektləri üçbucağa, silindrə, kvadrata, çoxbucaqlıya və hətta diskə bənzədiblər.
Ölçülərə gəlincə, tipik bir "yadplanetli gəmi" diametri 1 ilə 4 metr arasında olan bir kürədir. O, sərnişin təyyarələri ilə təxminən eyni hündürlükdə havada uçur. 28% hallarda UFO təxminən 6 kilometr yüksəklikdə, digər 10% - 1,5 km yüksəklikdə görülüb.
Əsasən naməlum uçan obyektlərin heç bir işıqlandırması yoxdur. Bununla belə, obyektin parıldadığını iddia edən şahid ifadələrinin 16%-i qeydə alınıb. Onlar yalnız günəş işığının əksini görə biliblər.
Dərc edilmiş məlumatlara görə, UFO-nun sürəti təxminən 2600 km/saatdır, yəni səs sürətindən iki dəfə çoxdur. Bu məlumat ABŞ ordusunun hesabatlarına əsaslanır.
Bu obyektlərin hamısı işlənmiş yanacaq buraxmayıb. “Yad planetlilərin” naməlum hərəkət sistemlərindən istifadə edə biləcəyi versiyası var.
UFO-lar ümumiyyətlə ya yer cismi, ya da atmosfer hadisəsi kimi təsnif edilir. Bununla belə, bütün mühitlərdə Anomaliya Təhlili Müdirliyi tərəfindən hələ izah edilməmiş bir neçə hal var.