Karqo bağlamalarına diqqət! - Narahat edilə bilərsiniz

Karqo bağlamalarına diqqət! -  Narahat edilə bilərsiniz backend

Mal sifariş edərkən açdığınız karqo paketlərini zibilə atarkən üzərinə yapışdırılmış məlumatları əsla unutmayın. Çünki başqaları tərəfindən əldə edilən bu məlumatlar sizin rahatlığınızı poza bilər.

Qaziler.az xəbər verir ki, bu barədə Türkiyə mediasına xəbər dərc edilib.

Belə ki, Türkiyədə bir nəfər sosial şəbəkədə karpo paketlərinin üzərində yazılan mobil nömrə, şəxsiyyət vəsiqəsinin nömrəsi, adres kimi bəzi məlumatların başqalarının əlinə keçdiyini və bununla bağlı polisə şikayət etdiyini paylaşıb.

Paylaşıma yazılan şərhlərdə vətəndaşlar karqo bağlamalarda qeyd edilən məlumatlara görə tanımadıqları şəxslər tərəfindən onlara zənglərin gəldiyini bildiriblər.

Mütəxəssislər isə həmin bağlamaları zibilə atmazdan əvvəl yazılan şəxsi məlumatları götürmək və ya məhv edərək atmaq barədə xəbərdarlıq edib.

QAZİLER.AZ

Diaspora