Evinizdəki məişət əşyaları əslində casusluq edir - "LG" liderdir

Evinizdəki məişət əşyaları əslində casusluq edir - "LG" liderdir backend

Evlərdə işlədilən ağıllı qapı zəngləri, kameralar, televizor və paltaryuyan maşınlar kimi gündəlik işlədilən məişət əşyaların ailələrə nəzarət etdiyi məlum olub.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, sözügedən ev əşyaları casusluq edərək topladıqları şəxsi məlumatları “Google” və “Tik Tok” kimi şirkətlərlə paylaşır.

Belə ki, təhlükəsizlik kameraları, “ağıllı” qapı zəngləri, istilik nəzarət sistemlərinin daxil olduğu “Google Nest” ağıllı ev məhsulları “Android” əməliyyat sistemindən istifadə edərək smartfonlar vasitəsilə əlaqə quran insanlar haqqında böyük miqdarda məkan məlumatı toplayır.

Lakin eyni “Nest” məhsulları istifadəçilər “iPhone” vasitəsilə qoşulduqda daha az məlumat toplayır.

Bu əlavə məlumatların nə üçün toplandığı məlum deyil.

Mütəxəssislər sözügedən məişət cihazlarında casusluq və izləmə funksiyalarının avtomatik işə salındığını bildirir. İstehlakçılar bu seçimi deaktiv edə bilər, lakin bu, parametrlərin dəyişdirilməsini tələb edir. Nəticədə cihazın və ya tətbiqin bəzi funksiyalarının işləməməsinə səbəb olacaq.

Məsələn, “LG”, “Samsung” və “Sony” kimi şirkətlər məhsullarını alan istifadəçilərinə 'hamısını qəbul et' seçimini təqdim edir və bir təsdiqlə istədikləri məlumatları toplayırlar.

“LG” müştərinin adı, doğum tarixi, e-poçt ünvanı, telefon kitabçası, dəqiq yeri və telefon nömrəsi daxil olmaqla, bütün paltaryuyan maşın markaları arasında ən çox məlumat toplayan brenddir.

İstehsalçılar aşakara çıxarılan casusluq iddialarına cavab olaraq, toplanan məlumatların cihazları və xidmətləri təkmilləşdirmək üçün istifadə etdiklərini deyirlər .

QAZİLER.AZ

Diaspora