“Simpsonlar”da yeni zəlzələ proqnozu: Türkiyədə bu da doğru çıxsa...

“Simpsonlar”da yeni zəlzələ proqnozu:  Türkiyədə bu da doğru çıxsa... backend

Kəhanetləri ilə məşhur olan “Simpsonlar” cizgi filmi qorxu yaymağa davam edir.

Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, cizgi filminin yeni bölümündə Kahramanmaraşdakı təbii fəlakətdən sonra növbəti zəlzələ haqqında məlumat elan edilib.

Yayımlanan həmin bölümdə zəlzələnin baş verəcəyi Türkiyə vilayətinin adı da çəkilib.

İddialara görə, “Simpsonlar”da Mərmərə bölgəsində zəlzələnin baş verəcəyi ilə bağlı bölüm ortaya çıxıb. Orada xəbər aparıcısı bu açıqlamanı verir: “Zəlzələ nəticəsində 46 min vətəndaşın öldüyü bölgədə daha bir zəlzələ baş verib və ölkənin Fövqəladə Hallar Agentliyi zəlzələnin 6,3 bal gücündə olduğunu bildirib".

"The Simpsons" 1989-cu ildən bəri bütün dünyada böyük tamaşaçı tərəfindən izlənilən və sevilən cizgi filmidir. Bununla belə, serialın diqqət çəkən bir xüsusiyyəti var. Orada göstərilən hadisələrin müəyyən vaxtdan sonra real dünyada yaşananlarla üst-üstə düşməsidir ki, bu da cizgi filminə olan marağı artırır.

QAZİLER.AZ

Diaspora