Görkəmli rusiyalı yazıçı Lev Tolstoyun qeyri-adi hobbiləri üzə çıxıb.
“Hərb və sülh”ün müəllifi qraf tituluna baxmayaraq, ev təsərrüfatında da çox işlər görüb.
O, xüsusilə ayaqqabı tikməyi çox xoşlayıb.
Yazıçı özünə lazımi alətlər, xammal alıb və dəzgah düzəltdirib.
Hətta bir dəfə şair Afanasi Fet yazıçıdan çəkmələr sifariş edib və onun əl işindən razı qalıb.
Bundan əlavə, Tolstoy çəki daşları ilə məşqlər edir, konki, velosiped sürür və uzun məsafəni piyada gedirmiş.
Yazıçının qızı Tatyana Suxotina-Tolstaya atasının Moskvadan Yasnaya Polyanaya qədər təxminən 200 kilometr piyada getdiyini xatırladıb.
Mənbə: moslenta.ru / Oxu.az