Türkiyədə yayımlanan “Kim Milyoner Olmak İster”də iştirakçının atası ilə bağlı danışdığı xatirə həm studiyadakı tamaşaçıları, həm də məşhur aktyor Kənan İmirzalıoğlunu ağladıb.
Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, iştirakçı bir gün evdən çıxıb geri qayıtmayan atasının 10 ildən sonra öldüyünü öyrəndiyini deyib.
Həmin gündən gözü yolda qalan xanım iştirakçı geri qayıtmayan atasına görə uzun illər qeyri-müəyyənlik yaşadığını bildirib. Yalnız 10 ildən sonra atasının həmin gün dünyasını dəyişdiyini və kimsəsizlər məzarlığında dəfn edildiyini öyrənib.
Qadının sözlərindən sonra verilişə aparıcılıq edən aktyor Kənan İmirzalıoğlu gözyaşlarını tuta bilməyərək ağlayıb.
QAZİLER.AZ