"Apple" ötən il “iPhone 14” modellərini və bir neçə yeni funksiya təqdim etdi.
Ən yeni “iPhone Pro” modellərinin istifadəçilərini isə kamera modulunun altında yerləşən dairəvi sensorun nə işə yaradığı maraqlandırır.
Dairə yalnız ən son “iPhone Pro” modellərində və seçilmiş “iPad Pro” modellərində mövcuddur. Cihazın ən böyük tətbiq və funksiyalarından bəzilərini işə salmaqla çox faydalıdır.
Kamera sahəsində quraşdırılmış dairə əslində LiDAR skaneridir (işığın aşkarlanması və diapazonun təyin edilməsi deməkdir).
Sadə dillə desək, bu xüsusiyyət obyektlərin nə qədər uzaqda olduğunu hesablamaq üçün lazerlərdən istifadə edən dərinlik sensorudur.
O, impulslu lazerlə obyekti hədəf alaraq və işığın geri qayıtması üçün nə qədər vaxt lazım olduğunu ölçməklə işləyir.
“iPhone”larda LiDAR sensoru əşyaların nə qədər uzaqda olduğunu müəyyən edən artırılmış reallıq proqramları üçün istifadə olunur. Məsələn, LIDAR sensoru sayəsində bir insanın boyunu ölçə bilərsiniz.
“Apple” rəsmi saytında LiDAR sensoru haqqında bunları qeyd edib:
LiDAR kkaneri ətrafdakı obyektlərə olan məsafəni 5 metrə qədər ölçür, həm daxili, həm də açıq havada işləyir və nanosaniyəlik sürətlə foton səviyyəsində işləyir. O, “Apple”ın öz Measure proqramı kimi tətbiqlərə uzunluqları, eni və sahəni dəqiqliklə ölçməyə, hətta LiDAR sensorundan istifadə edərək insanların boyunu ölçməyə imkan verir.
QAZİLER.AZ