“Alfa Romeo” uzun illərdən sonra yeni super avtomobilini təqdim edib.
Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, “33 Stradale” avtomobiliadından da göründüyü kimi yalnız 33 ədəd istehsal ediləcək. “33 Stradale” ailəsindən yalnız 18-i 1960-cı illərin sonunda istehsal edilmişdir.
Yeni super avtomobilin qiyməti açıqlanmayıb, lakin onun 1 milyon dollardan baha olacağını təxmin edilir. Qeyd edək ki, avtomobil artıq çoxdan satılıb.
“Alfa Romeo”nun yeni idman modeli 3,0 litrlik biturbo V6 mühərriki ilə təchiz edilib. Təxminən 630 at gücü hasil edə bilən bu model istehsal etdiyi gücü birbaşa arxa təkərlərinə ötürür.
Qeyd edək ki, bu mühərrik “Giulia” və “Stelvio Quadrifoglio” modellərində tapılan 2,9 litrlik V6-nın dəyişdirilmiş versiyasıdır. Mühərrik 8 pilləli ZF ikili muftalı transmissiya ilə birləşdirilib.
İstifadəçilər arzu edərlərsə, tam elektriklə işləyən "33 Stradale"i də əldə edə bilərlər. Bu variantla superkara çevrilən model 760 at gücü hasil edə bilər.
QAZİLER.AZ